Modern.az

Fövqəladə Hallar Nazirliyi Bakıda 7,2 kq civə tapdı

Fövqəladə Hallar Nazirliyi Bakıda 7,2 kq civə tapdı

Təhsil

22 May 2012, 11:33

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları metal tullantıların arasında plastik qabda 7,2 kiloqram civə tapıblar. Nazirlikdən bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan  məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda metal tullantılarının arasında 0,5 litrlik plastik qabda şübhəli maddə aşkarlanıb. Dərhal FHN-nin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri içərisində şübhəli maddənin olduğu qaba baxış keçirilib. Qabda 7,2 kq civə olduğu müəyyən olunub. Aşkarlanan civə nazirliyin mütəxəssisləri tərəfindən müvafiq qaydada götürülüb. Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza