İran İslam Respublikasının Azərbaycandakı səfirliyi səfir Məhəmmədbağır Bəhraminin Tehrana çağırılması ilə bağlı açıqlama yayıb.
Səfirlikdən daxil olan məlumata görə, açıqlamada müvəqqəti işlər vəkili seyyid Əhməd Neməti bildirib ki, dini müqəddəslər təhqir olunduğuna görə, səfir Məhəmmədbağır Bəhrami lazımi məsləhətləşmələrin aparılması üçün dünən axşam Bakıdan Tehrana yola düşüb.
Modern.az