Modern.az

Deputat: “Antiazərbaycan dairələrinin təbliğatı bizdə narahatlıq doğurur”

Deputat: “Antiazərbaycan dairələrinin təbliğatı bizdə narahatlıq doğurur”

Təhsil

22 May 2012, 12:53

“Amma təəssüflər olsun ki, son dövrlər bəzi dairələr, xüsusilə erməni lobbisi və İrandakı antiazərbaycan dairələri bu yarışmanın əleyhinə gedirlər ki, bu da hər birimizdə narahatçılıq doğurur”

Modern.az-ın məlumatına görə,  bu fikirləri parlamentin bu gün keçirilən növbəti plenar iclasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Mübariz Qurbanlı dilə gətirib.

Onun qeyd etdiyinə görə, istər erməni lobbisinin, istərsə də onunla eyni mövqedən çıxış edən İrandakı antiazərbaycan dairələrinin “Eurovision” mahnı yarışmasına qarşı açıq-aşkar təbliğat aparmaları, etiraz aksiyaları keçirmələri qətiyyətlə pislənməlidir.

Millət vəkili qeyd edib ki, adında İslam olan bir dövlət Azərbaycan torpaqlarının 20%-ni hələ də  işğalda saxlayan təcavüzkar bir ölkə - Ermənistanla həmrəylik nümayiş etdirməməli, Azərbaycan əleyhinə bəzi dairələr tərəfindən başladılan təxribatlarda yer almamalıdırlar:

 “İranın bəzi dairələrinin “Eurovision” musiqi yarışmasından öz məqsədləri naminə bəhanə kimi istifadə edərək Azərbaycan əleyhinə fəaliyyətə başlaması bölgədə sülhə və əmin-amanlığa ciddi təhlükə, qorxu törədir.

Bu gün İranla təcavüzkar Ermənistanın Azərbaycana qarşı sinxron fəaliyyəti tamamilə yolverilməzdir. Eyni zamanda İran səfirliyinin məsləhətləşmə adı altında İrana geri çağırılması düzgün deyil. Bu iki ölkə arasında diplomatik münasibətlərin gərginləşdirilməsindən başqa heç nə deyil. Ona görə də, İrandakı antiazərbaycan dairələrinin ölkəmiz əleyhinə təxribatlarına son qoyulmalı, bunlar durdurulmalıdır”.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza