Modern.az

Deputat İranı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırdı

Deputat İranı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırdı

Təhsil

22 May 2012, 13:44

Milli Məclisin plenar iclası davam edir. Modern.az xəbər verir  iclasda İran-Azərbaycan münasibətlərinə toxunan deputat Qənirə paşayeva bildirib ki, İran tərəfi Azərbaycanın daxili işlərinə qarışmağa davam edir.

Xanım millət vəkili qey edib ki,  İranda "Eurovision" mahnı müsabiqəsinin İslam dini əleyhinə olduğunu deyənlər Şuşanın ermənilər tərəfindən işğal olunmasının 20 illiyi ilə bağlı heç bir reaksiya bildirmədilər.

Q.Paşayeva onuda bildirib ki,  din pərdəsi arxasında bəyanat verənlər  Şuşada müsəlmanların qətlə yetirilməsi, islam mədəniyyətinin məhv edilməsi ilə bağlı heç bir bəyanat vermədi.

Deputat  heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmaq hüququnun olmadığını deyib.

Q.Paşayeva  həmçinin İranda iki gənc azərbaycanlı şairin saxlanıldığını  və onların həbs olunması barədə açıqlama verilmədiyini bildirib.

Deputat həmçinin İrana müalicəyə gedən insanların girov götürülərək narkotik qaçaqmalçıları ilə dəyişdirilməsinidə bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza