Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfəri başa çatıb. Modern.az Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, İlham Əliyevi Çikaqonun “O Hare” Beynəlxalq Aeroportunda ABŞ-ın rəsmi şəxsləri yola salıblar. Mayın 22-də dövlət başçısı Bakıya qayıdıb.
Prezidenti Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.