Modern.az

Müsavatın qurultay məsələsindən xəbər var

Müsavatın qurultay məsələsindən xəbər var

Təhsil

22 May 2012, 17:25

Müsavat Partiyası qurultayla bağlı Bakı şəhər İcra Hakimiyyətinin cavabına etiraz edərək Türkiyə və Gürcüstan dövlətinə rəsmi müraciət hazırlayır. Partiyanın başqan müavini Gülağa Aslanlının Modern.az-a verdiyi məlumata görə, hazırda müraciətin hazırlanması prosesi gedir.

“Hazırda qurultay üçün Gürcüstan və Türkiyə dövlətinə məktub hazırlanır. Biz bu məsələni araşdırırıq. Qeyd edim ki, bu ölkələrdən hansı bizim təklifimizi qəbul edib razılıq verəcəksə, biz orada da öz qurultayımızı keçirdəcəyik”-deyə G.Aslanlı qeyd edib. Partiya rəsmisi hesab edir ki, qurultayın Gürcüstanda keçirilməsi maliyyə baxımından daha əlverişlidir: “Deməzdim ki, hansı ölkədə keçirməyi biz üstün sayırıq. Hansı ölkə bizim məktubumuza müsbət cavab verəcəksə, bu variant üzərində də işləyəcəyik. Ancaq xərcin az olması üçün qurultayın Gürcüstanda keçirilməsi daha yaxşı olar”.

Qeyd edək ki, Müsavat Partiyası VII qurultayının keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerlərdən imtina edərək, öz qurultayını xaricdə keçirmək qərarına gəlib. Qurultayda partiyanın rayon təşkilatları da daxil olmaqla 800-ə yaxın üzvün iştirak edəcəyi bildirilib.

Anar RÜSTƏMOV  

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza