Modern.az

Prezident nazirliyin bir qrup əməkdaşını təltif edib - SİYAHI

Prezident nazirliyin bir qrup əməkdaşını təltif edib - SİYAHI

Təhsil

22 May 2012, 18:45

Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarına “Əməkdar Mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, Prezidentin sərəncamı ilə   Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə ETSN-nin  əməkdaşları Ramazanov Xəlil Ramazan oğlu və Rəsulov Azad Hüseyn oğluna   “Əməkdar Mühəndis” fəxri adı verilib.

Prezident həmçinin  Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə bir qrup şəxsi ətraf mühitin qorunmasında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edib.

Cahangirov Əli Qulu oğlu
Əlipoladov Mahmud Əhmədbəy oğlu
Kərimov Eldar Vəli oğlu
Muradov Azərçin Sabir oğlu
Rəsulov Niymət Şövkət oğlu
Şirinov Anatoliy Müseyib oğlu (ölümündən sonra)
Verdiyev Asif Həmid oğlu
Zeynalov Telman Səlim oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə  İslamlı Nazir Niyazi oğlu və Zahidli Qəhrəman Hüseyn oğlu təltif ediliblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza