« Eurovision» Mahnı Müsabiqəsi 2012-nin birinci yarımfinalının keçirilməsinə sayılı dəqiqələr qaldı. Modern.az xəbər verir ki, Azərbaycan ərazisində səsvermə bütün mobil operatorlardan 9450-yə SMS göndərməklə mümkün olacaq. Azərbaycan ərazisindən səs vermək üçün bəyəndiyiniz ölkə təmsilçisinin çıxış ardıcıllığının nömrəsini 9450-yə SMS-lə göndərirə bilərsiniz. Bir telefondan maksimum 20 səs göndərmək mümkündür. Bir SMS 60 qəpikdir. Yarımfinal mərhələsində iştirak edən 18 ölkənin çıxışılarından sonra 15 dəqiqə ərzində yarışmaçılara səs göndərmək mümkün olacaq
Qeyd edək ki, birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışacaq. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazana biləcək. Yarımfinal mərhələsində iştirak edən 18 ölkənin çıxışılarından sonra 15 dəqiqə ərzində yarışmaçılara səs göndərmək mümkün olacaq. Finala vəsiqə qazanmış 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 26-dakı çıxış ardıcıllığı müəyyən olunacaq.
Modern.az