Modern.az

Yığmamız Yaponiya ilə gücünü sınayacaq

Yığmamız Yaponiya ilə gücünü sınayacaq

23 May 2012, 11:22

Bu gün Azərbaycanın futbol üzrə milli komandası Dünya Çempionatı 2014-ün seçmə mərhələsinə hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçına çıxacaq. Modern.az-ın məlumatına görə, Berti Foqtsun komandası Yaponiyanın Şizuoka şəhərində həmin ölkənin yığma komandası ilə qarşılaşacaq.  Yaponiya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunun start fiti Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.


Doğma azarkeşləri önündə oynayacaq Yaponiya millisi görüşün favoriti hesab olunur. Lakin millimiz də güclü rəqibi ilə görüşdə sərfəli nəticə qazanmağa çalışacaq.

Anar Kəlbiyev  
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza