
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 2012-ci ilin üç ayı ərzində 258 əmtəə nişanı qeydiyyatdan keçib.
Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının
Modern.az-a verdiyi məlumata görə, yeni nişanlar arasında “Milli Byete” , “ViiV Healthcare” , “Cтарый мельник”, “Ünlü” , “Santent”, “Woman Life”, “Красная линия”, “New vision photo studio”, “Elegance ”, “Panda boya” və s. kimi əmtəə nişanları var. Komitə rəsmisinin sözlərinə görə, son illər sahibkarlar əmtəə nişanlarının qeydiyyatının aparılmasında maraqlıdırlar : “Beş-altı il bundan əvvəl belə anlayış demək olar ki, yox səviyyəsində idi. Amma indi sahibkarlar buna maraq göstərirlər. Son illərin statistik rəqəmləri də bunu göstərir. Məsələn, 2009-cu ildə 1449 əmtəə nişanı qeydiyyatdan keçibsə, 2010-cu ildə bu rəqəm 1537, 2011-ci ildə isə 1375 olub”.
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsidən bildirilib ki, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi ilə bağlı Cənubi Koreya ilə Azərbaycan hökuməti arasında qrant müqaviləsi imzalanıb. Müqavilə “Əqli mülkiyyət hüquqlarının idarə edilməsinin avtomatlaşdırılması” adlanır. Hazırda Koreyalı mütəxəssislər Komitədədir. Yaxın zamanlarda müqavilə tətbiq olunacaq. Bu həm də elektron xidmət proqramının tərkib hissəsi olaraq Komitə tərəfindən əmtəə nişanlarının coğrafi göstərişlərin, ixtiraların, faydalı modellərin, nümunələrinə patent almaqda iddialı olan şəxslərin işini asanlaşdıracaq”.
Gültəkin Ələsgər