Modern.az

2013-cü ilin “Eurovision” yarışmasının tarixi açıqlanıb

2013-cü ilin “Eurovision” yarışmasının tarixi açıqlanıb

23 May 2012, 18:30

Bu gün Avropa Yayımları Birliyi və “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin Təşkilatçı Yayımçısının birgə mətbuat konfransı olub.

Modern.az-ın məlumatına görə, mətbuat konfransında çıxış edən “Eurovision” Mahnı  müsabiqəsinin rəhbəri Yan Ola Sand Bakıdakı bu yarışmanı fantastik adlandırıb. "Avropa Yayımları Birliyi “Eurovision” Mahnı Müsabiqəsi 2012 - nin təşkilindən - arena, şou, Mətbuat Mərkəzi, təhlükəsizlik, nəqliyyat və s. sahələrdə görülmüş bütün işlərdən razıdır" - deyə Yan Ola Sand bildirib.
Layihə rəhbəri "Bakı Kristal Zalı"nın “Eurovision” Mahnı Müsabiqəsi üçün deyil, sadəcə Bakı şəhərinin tələbatı üçün inşa olunduğunu qeyd edib və bu arenanın bir neçə ay əvvəl təhvil verilməsinə baxmayaraq, burada hər şeyin  təşkil olunduğunu bildirib.
Yan Ola Sand mayın 22 -də keçirilən birinci yarımfinal mərhələsinin səsverməsinin təsdiqləndiyini və audit olunduğunu da deyib.
"Ötən gün finala keçən 10 mahnıdan 8-nə həm münsiflər heyəti, həm tamaşaçılar, 1-nə yalnız münsiflər, 1-nə isə yalnız tamaşaçılar səs verib".

Gələn il keçiriləcək 58-ci “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin tarixi də açıqlanıb. Gələn il “Eurovision” beynəlxalq  mahnı  müsabiqəsi  mayın 14, 16 və 18-də olacaq. 2013-cü ildə “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, finalı isə mayın 18-də keçiriləcək. Bu barədə bu gün keçirilən mətbuat konfransında “Eurovision” mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand bildirib. Onun sözlərinə görə, bu ilkin tarixlərdir. Qeyd olunan tarixlər bir daha nəzərdən keçiriləcək və digər önəmli mərasimlərin keçirildiyi tarixlə üst-üstə düşüb-düşmədiyi araşdırılacaq.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza