"Hədəfimiz 2016-cı ildə keçiriləcək Avropa çempionatıdır” Modern.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Yaponiya ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis yoldaşlıq görüşlərində daha çox gənclərə şans verdiyini bildirib: "Bizdən fərqli olaraq, onların bir çox futbolçusu Avropa klublarında çıxış edir. Bu mənada, rəqibimizin heyətində yaxşı futbolçu çoxdur.
Yaponiya yığmasının inkişaf yolu bizə örnək olmalıdır. Bundan sonrakı oyunlarda da onlara uğurlar arzulayıram. Bizim hədəfimiz 2016-cı ildə keçiriləcək Avropa çempionatı olduğu üçün heyətdə daha çox gənclərə yer verməyə çalışırıq".
Modern.az