Mayın 24-də səhər saatlarından polis tərəfindən saxlanılan Müsavat başqanının müavini Gülağa Aslanlı axşamüstü sərbəst buraxılıb. Bu barədə Modern.az-a Gülağa Aslanlı özü məlumat verib. Başqan müavininin sözlərinə görə, o, məhkəmə tərəfindən 20 manat cərimə edildikdən sonra sərbəst buraxılıb.
G.Aslanlı bildirib ki, saxlanmasına səbəb kimi onun polisə tabe olmaması əsas gətirilib. “Guya onlar məni bölməyə dəvət ediblər, amma mən getməmişəm. Bu səbəbdən məni saxladıqlarını deyirdilər”.
Qeyd edək ki, səhər saatlarında evdən çıxan G.Aslanlı polis tərəfindən saxlanılaraq Nəsimi rayon polis bölməsinə aparılmışdı.
Anar RÜSTƏMOV