Modern.az

"Eurovision 2012"nin finalı keçirilib

"Eurovision 2012"nin finalı keçirilib

27 May 2012, 00:49


Bu saatlarda "Bakı Kristal Zalı"nda "Eurovision 2012" mahnı müsabiqəsinin final mərhələsi keçirilib. Fimalda 26 ölkə ifaçısı yarışıb.
Modern.az bildirir ki, “Eurovision”nun final şousunun açılışında qonaqlar atəşfəşanlıqla qarşılanıblar.
Gecə saat 00.00-da başlayan şouda balabanın səsi ilə muğamat sintez olunub. Səhnədəki muğamı ustad sənətkar Alim Qasımov ifa edib. Daha sonra səhnəyə milli rəqqaslar və "Natiq" ritm qrupu çıxıb.
Ardınca finalda ölkələrin çıxışlaı başlayıb.

Finalda ifaçılar aşağıdakı ardıcıllıqla səhnəyə çıxırlar:

1. Böyük Britaniya (Engelbert Humperdink)

2. Macarıstan ("Compact Disco" qrupu)

3. Albaniya (Rona Nişliu)

4. Litva (Donny Montell)

5. Bosniya və Herseqovina (Maya Sar)

6. Rusiya ("Buranovskiye babuşki" qrupu)

7. İslandiya (Qreta Salome & Yonsi dueti)

8. Kipr (İvi Adamou)

9. Fransa (Anggun)

10. İtaliya (Nina Zilli)

11. Estoniya (Ott Lepland)

12. Norveç (Tooji)

13. Azərbaycan (Səbinə Babayeva)

14. Rumıniya ("Mandinga" qrupu)

15. Danimarka (Soluna Samay)

16. Yunanıstan (Eleftheria Eleftheriou)

17. İsveç (Lorin)

18. Türkiyə (Can Bonomo)

19. İspaniya (Pastora Soler)

20. Almaniya (Roman Lob)

21. Malta (Kurt Kalleya)

22. Makedoniya (Kaliopi)

23. İrlandiya ("Jedward" qrupu)

24. Serbiya (Zeljko Yoksimoviç)

25. Ukrayna (Qaytana Essami)

26. Moldova (Paşa Parfeni)

***

Səsvermə nəticəsində isveçli Lorin bu müsabiqədə 1-ci yeri tutub.

Müsabiqə xüsusi olaraq "Eurovision-2012" üçün Xəzər dənizi sahilində tikilmiş "Bakı Kristal Zalı"nda keçirilib.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir