Modern.az

Hakerlər Beynəlxalq Mətbuat Mərkəzinin saytını dağıtdılar - FOTO

Hakerlər Beynəlxalq Mətbuat Mərkəzinin saytını dağıtdılar - FOTO

26 May 2012, 11:54


Bakıda fəaliyyət göstərən Beynəlxalq Mətbuat Mərkəzinin internet saytı – bmm.az haker hücumuna məruz qalıb. Modern.az saytının məlumatına görə, bu gün səhər saatlarından saytın əsas səhifəsi hakerlər tərəfindən tamamilə dağıdılaraq. dəyişdirilib. Belə ki, bmm.az saytının əsas səhifəsində internet resursunun Səudiyyə Ərəbistanınından olan haker tərəfindən dağıdıldığı qeyd olunub, orada ingilis və ərəb əlifbaları ilə müxtəlif sözlər yazılıb. Haker saytda özünün e-mail ünvanını ([email protected]) yazmağı da unutmayıb.

Modern.az məsələ ilə bağlı BMM-lə əlaqə saxlayıb.

Mərkəzin meneceri Ülviyyə Yunusova bildirib ki, onlar sayta kimlərin hüçum etməsindən xəbərsizdirlər: “Biz sayta hansı ölkədən hüçum olunduğunu bilmirik. Səhər saytı açanda bu mənzərə ilə qarşılaşdıq. Sayt açılmadı. Hələki sayta hücumla bağlı yalnız saytın admininə müraciət etmişik. Yəqin ki, problem tezliklə aradan qaldırılacaq”.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir