Bu ay Gəncədə iki nəfər ilanvurma diaqnozu ilə xəstəxanaya müraciət edib. Bu barədə məlumatı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının qəbul şöbəsindən veriblər.
Məlumata görə may ayının 10 və 18-də iki nəfər şəhər sakini – 26 yaşlı Xalid Aslanov və 41 yaşlı Bəxtiyar Salmanovu ilan vurub. İlan vuran şəxslər xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və onlara tibbi yardım göstərilib.
Qeyd edək ki, bu il havaların isti keçməsi ilanların kütləvi müşahidə edilməsinə gətirib çıxarıb. Həkimlər həyətyanı sahələrində və meşədə gəzən zaman ehtiyatlı olmağı məsləhət görürlər.
Modern.az