Modern.az

Asim Mollazadə: "Bu «böyük qardaş»ın hay-küyünü xatırladır"

Asim Mollazadə: "Bu «böyük qardaş»ın hay-küyünü xatırladır"

27 May 2012, 09:26

Modern.az-ın məlumatına görə, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Avroparlamentin qəbul etdiyi qətnamə ilə bağlı bəyanat verib. Asim Mollazadə ilk növbədə Avroparlamentə Azərbaycana göstərdiyi diqqətə və ölkədə baş verən hadisələri izlədiyinə görə təşəkkür edib. Lakin Mollazadənin sözlərinə görə, qətnamənin tonu daha çox «böyük qardaş»ın hay-küyünü xatırladır. Bəyanatda deyilir: «Azərbaycan gənc ölkədir və bir müddət əvvəl böyük qardaşdan asılılıqdan qurtarıb. Əlbəttə, ölkə demokratiya, söz azadlığı və demokratik cəmiyyətə vacib olan digər azadlıqlar sahəsində hələ çox işlər görməlidir. Lakin, biz hesab edirik ki, bunlara Avronest kimi təşkilatlarda dialoq yolu ilə nail olmaq mümkündür. Azərbaycanın bütün vətəndaşlarının Avropa məhkəməsinə müraciət etmək və öz vətəndaş hüquqlarını müdafiə etmək hüquqları var. Demokratik İslahatlar Partiyası Avronestin işində fəal iştirak edir və hesab edir ki, Avroparlamentin qətnaməsində qaldırılmış bütün məsələləri notasiya tonunda yox, dialoq yolu ilə həll etmək olar».
Partiya sədri həmçinin Avroparlamentin İran-Azərbaycan münasibətlərinə toxunmasını da təqdir edib. «Biz Avroparlamentə İranın Azərbaycanla bağlı hərəkətlərinə diqqət göstərdiyinə və bu klerikal dövləti qınadığına görə minnətdarıq. Lakin, İranın Azərbaycanın informasiya resurslarına kiber-hücumu və bu ölkənin ciddi terror təhlükəsi mənbəyi olması məsələlərinə kifayət qədər diqqət ayrılmayıb», deyə Mollazadə qeyd edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir