Modern.az

Millət vəkili Xorvatiyaya səfər edəcək

Millət vəkili Xorvatiyaya səfər edəcək

27 May 2012, 22:37

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli mayın 27-də Xorvatiyaya işgüzar səfər edəcək. Bu barədə Modern.az saytına deputat özü məlumat verib.  H.Rəcəblinin sözlərinə görə, səfərin əsas məqsədi  “Sosial xidmət haqqında” qanunun işləmə mexanizmini dəqiqləşdirmək və bu istiqamətdə Xorvatiya təcrübəsini  öyrənməkdir.

“Bildiyimiz kimi bu yaxınlarda Azərbaycanda “Sosial xidmət haqqında” çox önəmli qanun qəbul olundu. Biz bu qanunu beynəlxalq təşkilatların və eləcə də dünya ölkələrinin təcrübəsi əsasında  hazırladıq. Sözügedən qanun bizim üçün çox önəmlidir. Bu baxımdan biz bir neçə nəfərdən ibarət nümayəndə heyəti  qanunun icra mexanizmlərini dərindən öyrənmək üçün Xorvatiyaya gedəcəyik. Xorvatiyada bir həftə ərzində biz mühüm görüşlər keçirəcəyik. Hətta baş nazir də bizi qəbul edəcək. Qeyd edimki, biz səfər zamanı  “Sosial xidmət haqqında” qanunun  icra mexanizmli ilə bağlı müşahidələr aparacağıq və bu istiqamətdə Xorvatiya təcrübəsini öyrənəcəyik”-deyə deputat bildirib.

H.Rəcəbli  vurğulayıb ki, o, Xorvatiyada aidiyyəti qurumların təmsilçiləri ilə görüşərək əhalinin sosial müdafiəsi sistemi sahəsində qanunvericilik bazasının formalaşması, qanunvericilik aktlarının icrasına nəzarət üzrə bu ölkənin təcrübəsi və sosial xidmətlərin maliyyələşmə məsələləri  ilə də tanış olacaq.

Qeyd edək ki, səfər iyunun 3-də başa çatacaq.

Anar RÜSTƏMOV           

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir