Göygöl rayonunda 20 yaşlı gənci ilan sancıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər gəncin səhhətini orta ağır kimi qiymətləndirir.
Modern.az-ın məlumatına görə, hadisə Göygölün Yeni Qızılca kəndində qeydə alınıb. Daşkəsən sakini 20 yaşlı Elvin Alıyev həyətyanı sahədə çalışarkən qəfildən ilanın hucumuna məruz qalıb.
Elvin Alıyev Gəncədəki Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər 20 yaşlı gəncə zərdab vurublar.
Qeyd edək ki ilin bu vaxtları bu ərazilərdə ilan vurma halları tez tez müşahidə olunur. Ona görə də sakinlər həyət-bacalarda, eləcə də əkin sahələrində hərəkət etməyə ehtiyat edirlər.
Xatırladaq ki son bir ay ərzində Gəncə şəhər Təcili Tibbi Yrdım Xəstəxanasına ilan sancaması ilə bağlı daha iki nəfər müarciət edib.