Modern.az

“Bu məsələdə prezidentin adının çəkilməsini heç cür qəbul edə bilmərəm”

“Bu məsələdə prezidentin adının çəkilməsini heç cür qəbul edə bilmərəm”

Təhsil

29 May 2012, 13:09

Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev çıxış edib. Deputat Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə toxunaraq, səslənən iradları əsassız və qərəzli adlandırıb.

A.Quliyev Azərbaycanda QHT-lərə və müstəqil mediaya təzyiqin olması ilə bağlı qətnamədə qeyd olunan məqamlara etiraz edib

“Azərbaycanda QHT-lər və media ilə bağlı qeyd olunub ki,  onlara qarşı təzyiqlər var. Amma mən onların diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycanda hər bir QHT-yə dövlət tərəfindən müəyyən vəsait ayrılır.
Eyni zamanda qətnamədə qeyd olunur ki, Azərbaycanda müstəqil mediaya qarşı amansız mübarizə höküm sürür. Bu məsələdə Azərbaycan prezidentinin adının çəkilməsini mən heç cür qəbul edə bilmərəm. Bu yanaşma doğru deyil. Qətnamədə səslənən iradlar əsassız və qeyri-obyektivdir”-deyə A.Quliyev vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir