Modern.az

Səməd Seyidov: “Mən sabah bu çıxışımı Avropa Şurası Monitorinq Komitəsində də səsləndirəcəyəm”

Səməd Seyidov: “Mən sabah bu çıxışımı Avropa Şurası Monitorinq Komitəsində də səsləndirəcəyəm”

Təhsil

29 May 2012, 13:43

“Ermənilər hüquqi müstəvidə Dağlıq Qarabağ müharibəsində uduzduqlarında görə Azərbaycanda insan haqları məsələsini qabartmağa başlayıblar”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Səməd Seyidov bildirib.

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz edən millət vəkili ikitərəfli münasibətlərə yenidən baxılmalı olduğunu qeyd edib.

“Biz münasibətlərimizə yenidən baxmalıyıq və bu münasibətlərin yenidən təhlil etməliyik. Mən Avropa Parlamentinin ikili standartlarının çoxdan şahidi olmuşam. 2001-ci ildə biz Avropa Şurasının tam səlahiyyətli üzvü olduq. Azərbaycan işğala məruz qalmasına baxmayaraq, işğalçı və insan haqlarının pozulduğu bir dövlət kimi göstərildi. Azərbaycanın inkişafı görünür bir sıra qüvvələrin xoşuna gəlmədi. Bundan narahat olan erməni lobbisi başqa istiqamətdə iş aparmağa başladılar. İndi də onlar insan hüquqlarını əldə əsas tutub Azərbaycana təzyiq göstərməyə çalışırlar”.

Qətnamədə erməni faktounun olduğunu deyən S.Seyidov vurğulayıb ki, ermənilər hüquqi müstəvidə Dağlıq Qarabağ müharibəsində məğlub olduqları üçün bu addımı atmağa çalışırlar.

“Azərbaycanda dialoq istəyənlərə bildirmək istəyirəm ki, 2008-ci ildə parlamentdə işçi qrupu yaradıldı və müxalifət nümayəndələri və QHT təmsilçiləri ilə dialoqlara başlandı. Bir müddət sonra Avropa Parlamenti bizə mesaj göndərdi ki, onlar bu işçi qrupla əməkdaşlıq etməyəcəklər, sadəcə öz məruzələrini bildirəcəklər. Biz Avropa Məhkəməsinin üzvü olduqdan sonra da Azərbaycana qarşı iradlar tutulmağa başlandı. Ona görə də, Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlara çatdırmalıyıq. Azərbaycan dövləti xalqımızın istəyi ilə Avropa strukturlarında təmsil olunur. Ancaq bizə qarşı çox təzyiqlər ortaya çıxacaqsa, düşünməliyik. Ermənilər hüquqi müstəvidə Dağlıq Qarabağ müharibəsini uduzublar. Ona görə də insan haqları məsələsini qabartmağa başlayıblar. Mən sabah bu çıxışımı Avropa Şurası Monitorinq Komitəsində də səsləndirəcəyəm”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir