Modern.az

Fuad Muradov: “Biz də onlarla qərar dili ilə danışmalıyıq”

Fuad Muradov: “Biz də onlarla qərar dili ilə danışmalıyıq”

Təhsil

29 May 2012, 14:35

Milli Məclisin yaz sesiyasının plenar iclasında çıxış edən Fuad Muradov da Avropa Parlamentinin mayın 24-də çıxardığı qətnaməni pisləyib. Deputat bu sənəddə Ermənistanın işğalı nəticəsində didərgin düşən 1 milyon qaçqın-köçkünün hüquqlarının pozulmasına toxunulmamasına etirazını bildirib.

O da digər həmkarları kimi Milli Məclis adından Avropa Parlamentinə etiraz sənədinin göndərilməsinin vacibliyini vurğulayıb.

”Milli Məclis adından xüsusi qərar qəbul edilməlidir. Bizə qarşı Avropa Parlamenti qətnamə qəbul edibsə, biz də onlara müvafiq qərarla cavab verməliyik. Imkan yaradılsın biz bunu hazırlayaq və təqdim edək. Hər kəs şahiddir ki, Azərbaycan sürətlə inkişaf edir. Bunu qəbul etməyən qüvvələr ölkəmizə qarşı təzyiqlər göstərməyə çalışırlar.

Azərbaycanın inkişafını bir neçə ölkənin gözü götürmür. Ona görə bu cür addımlar atırlar. Azərbaycanın hər hansı beynəlxalq qurumun üzvü olması o deməkdir ki, ölkə hər hansı öhdəlik yerinə yetirir. Azərbaycanın öz marağı var və bu maraqları daim diqqətdə saxlayacaq. Təbii ki, bir nömrəli məsələ öz marağını yerinə yetirməkdir. Avropa düşünməlidir ki, Azərbaycan kimdir. Bunu düşünməsələr, bu onların ziyanına olacaq”.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir