Modern.az

Valeh Ələsgərov: “Avropa Ukraynada futbolu siyasətə qatdı”

Valeh Ələsgərov: “Avropa Ukraynada futbolu siyasətə qatdı”

Təhsil

29 May 2012, 14:49

Milli Məclisin bugünkü iclasında çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov siyasətə qatıldığı 7 il müddətində hər gün heyrətləndiyini və təəccübləndiyini bildirib. O, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən bəhs edib.

Valeh Ələsgərov bildirib ki, Azərbaycanla bağlı tez-tələsik iclas keçirib, qərar qəbul edilməsi anlaşılmazdır:
“Bəlkə onlar “Avroviziya” müsabiqəsi ərəfəsində belə qərar qəbul etmək istəyiblər? Bu, xırda bəhanədir. Qarabağ məsələsi ilə bağlı yüz minlərlə insanın hüququ pozulub, ancaq sənədlərdə 5-6 jurnalistin hüquqlarından yazılır. Azərbaycanın heç kimin ağzına, əlinə baxmağa ehtiyacı yoxdur, qərarlarını özü verir”.

Valeh Əsgərov Avropa Parlamentinin qərarından təəccüblənmədiyini də söyləyib: “Biz haqq yolundayıq. Yəqin ki, bir qərar qəbul etməliyik”.

Daha sonra Valeh Ələsgərov futbol üzrə Avropa Çempionatının Ukraynada keçirilməsi məsələsinə toxunub.

“Diqqətə çatdırmaq istəyirəm ki, Avropa çempionatı Ukraynada keçirilir. Ukrayna qaz sazişi ilə bağlı öz milli maraqlarını ortaya qoyduğu üçün, futbolu siyasətə qatdılar. Ukraynanı çempionatdan uzaqlaşdırmağa çalışırlar. Bu da görünən tərəfdir. Bu günlərdə Azərbaycana xarici gid gəlmişdi.  O söhbət zamanı dedi ki, Azərbaycanı xaricdə daha çox neft, qaz ölkəsi kimi tanıyırlar. Bu məsələyə təəccüblənməli deyilik. Çünki bizə qarşı müəyyən prinsiplər var. Buna baxmayaraq biz öz yolumuza davam edəcəyik”.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir