Modern.az

Prezident Dilçilik İnstitutuna 2 milyon manat ayırdı

Prezident Dilçilik İnstitutuna 2 milyon manat ayırdı

Təhsil

29 May 2012, 18:32

Modern.az xəbər verir ki, prezident İlham Əliyev  Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Ölkə başçısının müvafiq sərəncamına əsasən, Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, institutda fundamental tədqiqatların, monoqrafik əsərlərin hazırlanması və nəşrinin həyata keçirilməsi, dünyanın mötəbər kitabxanalarında, əlyazma fondlarında saxlanılan ana dilimizə aid qədim mənbələrin öyrənilməsi, həmçinin lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazasının yaradılması və dialektoloji ekspedisiyaların təşkilinin təmin edilməsi məqsədi ilə 2 milyon manat pul ayrılacaq.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir