Modern.az

Azərbaycan İrana nota göndərib

Azərbaycan İrana nota göndərib

Təhsil

29 May 2012, 20:46

Modern.az-ın məlumatına görə, Azərbaycan gənc şairlərin - Fərid Hüseyn və Şəhriyar Hacızadənin taleyinə aydınlıq gətirilməsi üçün İrana iki nota göndərib. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, notalardan biri Azərbaycanın Tehrandakı səfirliyi, digəri isə Azərbaycanın Təbrizdəki baş konsulluğu vasitəsilə göndərilib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, İran tərəfi gənc şairlərin bu ölkəyə gəlməsini rəsmən təsdiqləməyib.

“Azərbaycan tərəfi bir neçə məktub göndərib, həmçinin İranın müvafiq dövlət qurumları ilə bir sıra görüşlər keçirib, lakin Azərbaycan tərəfinin bütün səyləri hələlik nəticəsiz qalıb”-deyə XİN sözcüsü qeyd edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir