Modern.az

Azərbaycan-Türkiyə münasibətlərindən narazılıq var

Azərbaycan-Türkiyə münasibətlərindən narazılıq var

30 May 2012, 09:48

Milli Məclisin fəaliyyət istiqamətində böyük önəm verilən məsələlərdən biri də beynəlxalq əməkdaşlıqdır. Bunun üçün ali qanunverici orqanın dünyanın 76 ölkəsinin parlamentlərarası əlaqələrlə bağlı işçi qrupları var ki, bu qruplara dostluq qrupları da deyilir.

Bəs, deputatlar təmsil olunduqları işçi qruplarının təyinatına uyğun olaraq qarşı ölkə ilə Azərbaycan arasında münasibətləri necə dəyərləndirirlər?
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fazil Mustafanın fikirlərinə diqqət edək. Deputat Modern.az-a iki ölkə arasında əlaqələrin normal davam etdiyini, amma ciddi bir yenilik olmadığını deyir:

“Hamı müxtəlif tədbirlərdə iştirak etməklə bu dostluğa öz töhfəsini verir və bu məsələdə yeni bir situasiya yaranmır. Amma buna baxmayaraq  Türkiyə-Azərbaycan münasibətlərində müəyyən problemlərin ortaya çıxmasını əngəlləmək üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Ən azından hansısa dırnaqarası sürprizlərdən qorunmaq lazımdır. Hər hansı bir hadisə olan kimi dərhal o çözülməli, operativ reaksiya verilməli və müvafiq nəticəyə gəlinməlidir”.

Deputat iki ölkə arasında viza rejiminin aradan qaldırılması üçün heç bir problem olmadığını deyib. F.Mustafa bildirib ki, Azərbaycan Türkiyənin təklifini dəyərləndirib bu problemi aradan qaldırmalıdır:

“Viza rejiminin saxlanmasının əlehinəyəm. Hesab edirəm ki, bu, bizim siyasətdə doğru olmayan məqamlardan biridir. Bu məsələni dərhal və heç bir tərəddüdsüz aradan qaldırmalıyıq. “Eurovision” da göstərdi ki, biz eyni mövqeyi daşıyan insanlarıq və biri-birimizə səs verdik. Demək xalq özü müəyyən edir ki, kim ilə dostluq etmək, kiminlə başqa münasibət saxlamaq lazımdır. Ona görə birmənalı tərəfdaram ki, gecikmədən və heç bir əsas gətirmədən viza rejimini aradan qaldırmaq lazımdır”.

Anar K
əlbiyev
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir