Modern.az

Prezident Naxçıvana 10 milyon pul ayırdı

Prezident Naxçıvana 10 milyon pul ayırdı

30 May 2012, 12:49

Modern.az-ın məlumatına görə, prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ölkə başçısının sərəncamına əsasən? Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni irsinin və milli memarlıq ənənələrinin qorunub saxlanılması, şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə 10 milyon manat pul ayrılacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir