Modern.az

Deputat Flora Qasımova qalib tələbələri seçdi, mükafatlandırma olacaq

Deputat Flora Qasımova qalib tələbələri seçdi, mükafatlandırma olacaq

30 May 2012, 15:45

Modern.az saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin növbəti qalibləri məlum olub.  Millət vəkili  Flora Qasımova təqim etdiyi “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusunda qalib tələbələri artıq seçib. Deputatın elan etdiyi mövzü ilə bağlı saytımızda dərc edilən yazılardan ən yaxşı 15-i seçilərək ona təqdim olunub. Qaliblər də həmin yazıların müəllifləri arasından seçilib. 

Qeyd edək ki, yazılara deputatın özü baxıb və qiymətləndirib.  Müsabiqənin qalibləri Odlar Yurdu Universitetinin Biologiya fakültəsinin tələbəsi Günay İmanova, Azərbaycan Müəllimlər İnstitutunun Təhsildə sosial-psixoloji xidmət fakültəsinin tələbəsi Maviyə Fərhadlı və Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsinin tələbəsi Aysel Paşazadədir.

Deputat iyunun 4-də Dağlıq Qarabağın Azərbaycanlı İcmasının ofisində tələbələrə mükafatlar təqdim edəcək.  

Sevinc İLTİFATQIZI
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir