Modern.az

Qarabağla bağlı yazı müsabiqəsi keçirilib

Qarabağla bağlı yazı müsabiqəsi keçirilib

Təhsil

30 May 2012, 18:54

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Lider Qadınlar” İctimai Birliyi  “İnsan hekayələri - Qarabağın  uşaqları” adlı yeni layihənin icrasına başlayıb.

Layihənin əsas məqsədi Qarabağın işğalı zamanı öz yurd-yuvalarından didərgin  düşmüş  uşaqların dili ilə onların müharibələrdən çəkmiş  olduqları əzab və əziyyətləri haqqında hekayələrin  ictimaiyyətə çatdırılmasıdır.

İctimai Birlik bununla bağlı orta məktəb şagirdlərinin Qarabağ münaqişəsi haqqında təəssüratlarını öyrənmək üçün geniş sorğu keçirib.

“Lider Qadınlar” İctimai Birliyi layihə çərçivəsində 500-dən çox qaçqın və məcburi köçkün arasında ``Qarabağ nəğmələri`` adlı yazı müsabiqəsi keçirilib. Müsabiqəyə daxil olan məqalələrdən  35 şagirdin məqaləsi bəyənilib və onlardan 5 nəfərinə isə  xüsusi mükafat verilməsi  nəzərdə tutulubdur. Mükafatların təqdimatı yaxın günlərdə keçiriləcəkdir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir