“Azərbaycan "Eurovision" mahnı yarışmasında təhlükəsizliyi yüksək səviyyədə təşkil etdi”. Bu sözləri Beynəlxalq Mətbuat Mərkəzində keçirilən "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu" adlı konfransda Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
PA rəsmisinin sözlərinə görə, Azərbaycana gələn bütün iştirakçıların təhlükəsizliyinə zəmanət verilmiş, hüquq-mühafizə orqanları gücləndirilmiş rejimə keçmişdi.
Ə.Həsənov deyib ki, Azərbaycan "Eurovision" müsabiqəsinin ən yaxşı nümunəsini ortaya qoyub. Nəticəsə "Eurovision" müsabiqəsinin pozulması cəhdlərinin qarşısı alınıb.
Modern.az