Modern.az

Əli Həsənov: "Müxalifət hələ də elə bilir ki, Qərbdən gəlib onları hakimiyyətə gətirəcəklər"

Əli Həsənov: "Müxalifət hələ də elə bilir ki, Qərbdən gəlib onları hakimiyyətə gətirəcəklər"

Təhsil

31 May 2012, 12:33

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan müxalifətini yenidən tənqid edib.
“Antiazərbaycan platformasında birləşən müxalifət hələ də hesab edir ki, Qərbdən gəlib onları hakimiyyətə gətirəcəklər. Modern.az bildirir ki, bu barədə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu" mövzusunda təşkil etdiyi konfransda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Öz xalqı qarşısında hesabat verməyən insanlar hakimiyyətə gəlmək istəyirlər", - PA rəsmisi əlavə edib.

Onun sözlərinə görə, xalqın etmadına söykənməyən heç bir qurum möhkəm ola bilməz.

"Onlar heç bir xarici təşkilat qarşısında Dağlıq Qarabağ problemini, qaçqın-köçkün problemini qaldırmadı", - deyə Həsənov bildirib.

PA rəsmisi hesab edir ki, müxalifətçilər "xalq yürüşü" zamanı xarici jurnalist görən kimi özünü yerə ataraq çığırıblar.  "Müxalifətin təşkil etdiyi "xalq yürüşü" də məhs belə oldu".

“Azərbaycan müxalifəti haqqında çox danışmaq istəmirəm. Bu insanlar nə qədər rəzil, nə qədər anti-Azərbvaycan mahiyəti daşıdıqlarını ortaya qoydular. Məgər bu insanlar üçün başqa bir vaxt yox idimi ki, Azərbaycanın eyiblərini göstərməyə. Biz demirik ki, bizim hər yerimiz gözəldir. Dünyada hər yeri gözəl olan millət yoxdur. Biz insanıq, dövlətik, bizim də problemlərimiz var. Çəkib xarici jurnalistləri oturdurlar taksiyə və aparıb mikrarayonları göstərirdilər ki, burada asfaltın vəziyəti yaxşı deyil. İnanmıram ki, bu hərəkətlərdən sonra hansısa Azərbaycan vətəndaşının əli qalxıb onlara səs versin...

... İctimai televiziyanın qarşısında xarici jurnalsitlərin qabağında oyun çıxartdılar. O xanımlar özlərini yerə atıb nələri var, tökdülər camaatın qarşısına. Vallah ayıbdır. Məgər bu Azərbaycan xanımına yaraşan hərkətdirmi? Biz dövlət olaraq funksiyamızı, rolumuzu maksimum dərəcədə həyata keçirməyəə çalışırıq. Amma bu gün Azərbaycana bərabər olmayan, Azərbaycandan qat-qat aşağı səviyyəli olan həmin o jurnalistlər, hüquq müdafiə təşkilatları və s. bizim dırnağımıza dəymyəcək şəkildə gəlib dərs deməyə çalışırlar".

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir