Daxili İşlər Nazirliyinin İnsan Alverinə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şamaxı rayonu ərazisindəki "Göy Qurşağı" istirahət mərkəzinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi aşkar olunub. Cinayət əməlinə görə, həmin istirahət mərkəzində çalışan Vaqif Orucov nazirliyin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Modern.az