Modern.az

Polis 4 məktəbli “avtoş”u saxlayıb

Polis 4 məktəbli “avtoş”u saxlayıb

Təhsil

31 May 2012, 15:28

Gəncədə “Son zəng” günü sürücülük üçün yaşı çatmayan 4 azyaşlı avtomobillə yaxalanaraq cərimə meydançasına aparılıb. Bu barədə məlumatı Modern.az-a Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəis müavini Rəhim Zalov verib. Onun sözlərinə görə, bu gün bütün orta məktəblərin yaxınlığında yol polisi əməkdaşları xidmət göstərir. Səhər saatlarında 4 məktəbli avtomobili əcaib rənglərlə bəzəyərək təhsil ocağına gətirdiyinə görə saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtomobili idarə edən məktəblilərin sürücülük üçün yaşları çatmır.
“Yol Polisi olaraq valideynlərə müraciət edirik ki, məktəb yaşlı uşaqlarına  avtomobillərini verməsinlər. Sürücülükdə səriştəsi olmayan uşaqlar yol hərəkəti qaydalarını pozaraq hər cürə qəzalar törədə bilərlər” - deyə, R. Zalov bildirib. Onun sözlərinə görə, hazırda məktəb ətrafında olan yollarda yol polisi nəzarət aparır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir