Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2012-ci ilin yanvar ayının 1-i üçün məşğulluq xidməti orqanlarında işsiz statusu verilmiş şəxslərin sayı 38 min 330 nəfərdir. Onların 21 min 851 nəfərini kişi, 16 min 479 nəfərini isə qadınlar təşkil edir. Komitədən onu da bildiriblər ki, 2012-ci il yanvar ayının 1-i vəziyyətinə görə, məşğulluq xidməti orqanlarında rəsmi işsiz statusu alan şəxslərin yaş qrupu 15-35 yaş arası şəxslərdir. Onlardan 15-19 yaş arası şəxslər 1137 (3%), 20-24 yaşlılar 5655 (14,8%), 25-29 yaş arası şəxslər 12008 (31,3 %), 30-34 yaşda olanlar 6084 (15,8 %), yaşı 35-dən yuxarı olanlar isə 13 min 446 (35,1) nəfərdir.