Modern.az

Azərbaycanlı deputat Türkiyədə simpoziumda çıxış edib

Azərbaycanlı deputat Türkiyədə simpoziumda çıxış edib

Təhsil

1 İyun 2012, 11:18

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Amasiya Universitetində təşkil edilən  “Qarabağdan Amasiyaya könül körpüsü: Beynəlxalq Mir Həmzə Seyid Nigarı” adlı simpoziumda iştirak edib. Deputat tədbirdə “Seyid Mir Həmzə Nigari və Qarabağ məsələsi” mövzusunda açılış çıxışı və məruzə edib.

Türk  millətinin mənəviyyat dünyasının, irfan, divan ədəbiyyatının  zənginləşməsində  misilsiz  rol oynamış  Seyid Mir Həmzə Nigari və onun fəlsəfəsi barədə ətraflı çıxış edən millət vəkili gənclərimiz bu cür böyük insanlarımızı daha geniş tanımalı, anmalı və anlamalıdır deyib.

Q.Paşayeva  Qarabagda doğulmuş  Seyid Mir Həmzə Nigarinin böyük bir din, bilim adamı, bir aydın olmaqla bərabər bir vətən, millət sevdalısı olduğunu söyləyib. O, Rus İmperiyası tərəfindən Türk torpaqlarının, Anadolunun  işğalı zamanı Seyid Mir Həmzə Nigarinin öz müridləri ilə torpaqlarımızın müdafiəsinə qalxması,  hələ ö dövrlərdə Azərbaycan, onun gözəl guşəsi olan Qarabağın rus imperiyası tərəfindən işğalını anladan, ağrıları, acıları və Qarabağa məhəbbəti özündə əks etdirən, insanlarımızı  Qarabağ mücadiləsinə cağıran şerindən də danışıb.

Deputat qeyd edib ki, o  zamanlar Nigari Qarabağın ruslar  tərəfindən işğalından sonra yazdığı şeirində bu faciəli hadisənin sinəsinə saplanan xəncər kimi onu iztiraba qərq etdiyini ifadə edir. “Bununla birlikdə, sanki o, 100 il sonra Qarabağın rus hərbi birləşmələrinin də dəstəyi ilə ermənilər tərəfindən işğal edilib talan ediləcəyini fəhm ilə hiss etmiş kimi bu günkü qarabağlıların ağrı-acılarını da heyrətamiz duyğu, hissiyyatla duyub yaşamış və nəzmə çevirmişdir”

Mir  Həmzə  Seyid  Nigarinin xalq arasında böyük nüfuz sahibi olmasını təmin edən fəlsəfi dünyagörüşündən də  danışan Qənirə Paşayeva onun  tək övliya, şair, filosof, alim deyil, həm də xalqının istiqlalı uğrunda mübarizə aparan bir şəxs kimi də könüllərdə taxt qurduğunu deyib.

Qeyd edək ki, beynəlxalq simpoziumda Amasiya Universitetin rektoru Metin Orbay,Giresun Universitetinin rektoru Aygün Attar,  Azərbaycanın və Türkiyənin alimləri və ictimai xadimləri də Seyid Mirhəmzə Nigari ilə bağlı geniş çıxışlar etmişlər. Sinda millət vəkili Qənirə Paşayevaya konfransa qatqılarından dolayı Amasiya Universiteti və Azərbaycan Kültür-Sanat və Dayanışma Dərnəyi adından təşəkkür plaketi də təqdim ediblər.

 

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir