Milli Elmlər Akademiyasının həqiqi (akademik) və müxbir üzvlərinin vakant yerlərinə sənədlərini verən namizədlərin işlərinə baxılır. May ayında AMEA-nın ayrı-ayrı bölmələri üzrə namizdələrin dindirilməsi prosesi olub. Bu barədə Modern.az saytına AMEA-nın Elmi informasiya şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, bundan sonra həqiqi (akademik) və müxbir üzvlüyə namizədliyini irəli sürən şəxslərin şəxsi işlərinə baxılacaq.
AMEA-nın Nizamnaməsinə əsasən sənədlər qəbul ediləndən 3 ay sonra səsvermə keçirilir və vakant yerlərə namizədlər təsdiqlənəcək. Lakin şöbədən istisna halların da olduğu bildirilib.
“Bu o zaman olur ki, namizədlərin sayı çox olur. Ümumiyyətlə, bu olduqca ciddi prosesdir və dəqiqlik tələb edir. Namizdələrin şəxsi işlərinə baxıldıqdan sonra isə seçki günü müəyən ediləcək və vakant yerlərə namizdələr seçiləcək”.
Qeyd edək ki, AMEA-nın həqiqi və müxbir üzvlüyünə 255 nəfər - 10 həqiqi üzv vakant yerinə 34 nəfər, 30 müxbir üzv vakant yerinə isə 221 nəfər öz namizədliyini irəli sürüb.
Aytən ƏLİYEVA