Daxili İşlər Nazirliyi Cəlilabad rayon sakini İlham Əzizovun həyat yoldaşını qısqanclıq zəminində öldürərək onun cəsədini polis bölməsinə gətirməsi barədə rəsmi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, mayın 31-də İlham Əzizov sərxoş halda, qısqanclıq zəminində arvadı Laləni bıçaqla qətlə yetirib, daha sonra onun cəsədini özünə məxsus "VAZ-2106" markalı avtomaşının yük yerinə qoyaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirib və könüllü olaraq təslim olub.
Modern.az