Modern.az

Korrupsioner şirkətin vəzifəli şəxsləri ifşa edildi

Korrupsioner şirkətin vəzifəli şəxsləri ifşa edildi

Təhsil

1 İyun 2012, 14:57

Modern.az-ın məlumatına görə, Baş Prokurorluq vətəndaşları aldadan daha bir tikinti şirkətinin qanunsuz fəaliyyətini aşkar edib.

Qeyd edilib ki,  "Xəzərə mənzərə" Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Xətai rayon məhkəməsinin 14 mart 2012-ci il tarixli xüsusi qərarı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.

Müəyyən edilibdir ki, MTK-nın vəzifəli şəxsləri öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək vergidən yayınmaq məqsədilə Bakı şəhəri, N.Tusi küçəsi, 14 saylı ünvanda inşa edilmiş yaşayış binasında Bakı şəhər sakini İmanova Gülbəniz Sahib qızına 10 fevral 2008-ci il tarixli müqavilə ilə 17 min 94 ABŞ dollarına satılmış mənzili, sonuncunun ərizəsi əsasında Bakı şəhər sakini Ağayeva Liana Hüseynağa qızının adına rəsmiləşdirilməsi üçün 8 dekabr 2005-ci il tarixə saxta müqavilə tərtib edib vətəndaşa təqdim etməklə vəzifə saxtakarlığı ediblər.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir