Modern.az

Eldar Əzizov Sumqayıtda Bayraq meydanı tikdirir - FOTOLAR

Eldar Əzizov Sumqayıtda Bayraq meydanı tikdirir - FOTOLAR

Təhsil

1 İyun 2012, 15:29

Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında bayraq meydanı inşa olunur. Modern.az xəbər verir ki, artıq hündürlüyü 80 metr olan bayraq dirəyi də qurulub. Meydanın ətrafında yerə daş döşənməsi işləri aparılır. İşlər sona çatdıqdan sonra bayraq asılacaq. İcra Hakimiyyətinin binası önündən keçən nəqliyyat yolu da təmirdən sonra bağlanacaq. Bundan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin önündə maşın yolu olmayacaq. Bu barədə Modern.az-a İcra Hakimiyyətindən məlumat verilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin inzibati binasının fasadında da təmir işləri davam etdirilir. Təmir tam başa çatdıqdan sonra İcra Hakimiyyətinə özünəməxsus yaraşıq verən sarmaşıqlar binanı yenidən bəzəyəcək.






Anar Kəlbiyev
Elçin Ağayev
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir