Modern.az

Rolan Kobia: “Əli Həsənov nə istəsə danışa bilər”

Rolan Kobia: “Əli Həsənov nə istəsə danışa bilər”

Təhsil

1 İyun 2012, 15:44

  “Dünyada söz azadlığı mövcuddur. Ona görə də  Əli Həsənov nə istəyir desin. Ancaq əlbəttə ki, biz onun dediklərinin hamısını qeydə almışıq". Bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Rolan Kobia Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdirinin qalmaqallı bəyanatına münasibət bildirərkən deyib. 

"Turan" agentliyinin xahişi ilə Ə.Həsənovun çıxışını şərh edən R.Kobia deyib: “Eyni zamanda biz sakitik, çünki hazırda Azərbaycanla malik olduğumuz çox yaxşı əməkdaşlığı saxlamaq istəyirik”.

Bakının Avropa Parlamentinin qətnaməsindən narazılığına gəlincə, Kobia qeyd edib ki, “bu, həqiqətən müstəqil parlamentin qətnaməsidir və heç kim onlara “bunu qəbul etməməliydiniz” demək iqtidarında deyil”. 

 Xatırladaq ki, Ə.Həsənovun sözlərinə görə, Azərbaycana “Şərq tərəfdaşlığı” proqramı lazım deyil və ölkənin Avropaya ehtiyacı yoxdur.
“Görürsüz də, Avropa İttifaqı bizimlə qonşuluq proqramını qəbul edib. Başınıza dəysin bu proqram ki, uzun illərdir azərbaycanlı məmurlar viza almaqdan ötrü növbəyə dururlar. Biz heç nə ilə sizdən pis deyilik”, - deyə o, vurğulayaqaq Avropanı Azərbaycandan olan vətəndaşlara qarşı ayrı-seçkilikdə ittiham edib. 

 “Kimdir axı bu Strasser, onun hətta Almaniyada belə nüfuzu yoxdur. Ondan qəhrəman düzəldirlər, bizə göstəriş verir. Məgər Almaniyanın, Avropanın özünün problemi azdır? Qoy, onları həll etsinlər, bizə məsləhət verməsinlər”, - deyə Ə.Həsənov vurğulayıb. O, Almaniyanı Şərqi Avropa ölkələrini talamaqda ittiham edib. “Rumıniya, Yunanıstan və digər ölkələrin iqtisadiyyatının məhv edilməsinə, ələ keçirilməsinə görə kim cavab verəcək”.

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir