Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan jurnalistlərinin Səudiyyə Ərəbistanına səfərini təşkil edir. Bu barədə Modern.az-a XİN-nin mətbuat xidmətindən məlumat verilib. Nazirlik bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı Səfirliyindən daxil olan məlumata əsasən ki, 2-3 iyun tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində BMT-nin Terrorçuluğa qarşı Mübarizə Mərkəzinin Məşvərət Şurasının ikinci toplantısı keçiriləcək.
Tədbiri işıqlandırmaq istəyən Azərbaycanın mətbuat nümayəndələrindən adları, işlədikləri yer, şəxsiyyət vəsiqələrinin surəti, gəlişləri haqqında məlumat və əlaqə vasitələrini [email protected] e-mail ünvanına və ya (009661) 4419448 saylı faks nömrəsinə göndərmələri xahiş olunur. Qeyd olunmalıdır ki, tədbirdə iştirak edəcək jurnalistlərin səfər və qalma xərcləri öz hesablarınadır.