Modern.az

ATV-nin prezidenti jurnalistlərdən narazılıq etdi

ATV-nin prezidenti jurnalistlərdən narazılıq etdi

Təhsil

1 İyun 2012, 17:20

Modern.az saytının məlumatına görə, “Azad Azərbaycan” Teleradio Şirkətinin proqram siyasətində ciddi dəyişikliklərin ediləcəyi gözlənilir. İndiyədək daha çox şou və digər əyləncəli verilişlərin yayımına geniş yer verən telekanal ciddi proqramların sayını artıracaq.
Eyni zamanda telekanalda kadr siyasaıtilə də bağlı yeniliklərin olacağı barədə təzə məlumatlar var.

Modern.az məsələ ilə bağlı telekanalın yeni rəhbəri Vüqar Qaradağlı ilə əlaqə saxlayaraq, ondan münasibət öyrənməyə çalışıb.

V.Qaradağlı əməkdaşımızın suallarını cavablandırmaqdan imtina edərək bundan sonra mətbuata müsahibə vermək istəmədiyni vurğulayıb.

“Mən qərara almışam ki, bundan sonra heç kimə müsahibə verməyim. Demədiyim sözləri də müxtəlif formalarda yazırlar. Odur ki, bundan sonra heç kim məndən müsahibə istəməsin.  Buna mənim vaxtım yoxdur. Bundan vacib işlərim var”.

V.Qaradağlı məsələ ilə bağlı açıqlama vermək istəməsə də, ATV-nin adının çəkilməməsini istəyən əməkdaşları proqram və kadr siyasətində islahatların planlaşdırıldığını qeyd ediblər.

Qeyd edək ki, ATV məhz yüngül verilişlərinin çoxluğuna görə daim müxtəlif kəsimin tənqidinə məruz qalan telekanal olub.

Vüqar Qaradağlı ATV-yə mayın 14-dən rəhbərlik edir.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir