Modern.az

Sumqayıtda yol qəzasında 3 nəfər ölüb

Sumqayıtda yol qəzasında 3 nəfər ölüb

Təhsil

2 İyun 2012, 10:40

Sumqayıt şəhərində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az-ın Baş Dövlət Yol Polisi İdarəsinin saytına istinadən verdiyi məlumata görə, hadisə ötən gün gecə saatlarında baş verib.

Bildirilib ki, Sumqayıt şəhərinin Sahil küçəsində 1983-cü il təvəllüdlü  şəhər sakini Aslanov Elnur İsgəndər oğlu “VAZ-21015” markalı, 50-CF-072 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onu hasara vurub.

Qəza nəticəsində sürücü və avtomobilində olan sərnişinlər, Sumqayıt şəhər sakinləri, 1977-ci il təvəllüdlü Abışov Gündüz Ramiz oğlu, Babayev Valeh Ağakişi oğlu hadisə yerində ölüblər, 1976-cı il təvəllüdlü  Nemətov Eldar Müslüm oğlu isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Modern.az-ın məlumatına görə, paytaxtda gecə saatlarında piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.  Moskva prospektində Namiq Nuriyev idarə etdiyi «Daewoo» markalı avtomaşınla Ceyhun Məmmədovu vurub, piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir