Modern.az

Azərbaycanda son iki gündə 656 əcnəbi saxlanılıb

Azərbaycanda son iki gündə 656 əcnəbi saxlanılıb

Təhsil

2 İyun 2012, 12:06

Ötən iki gün ərzində Azərbaycanda  qanunvericiliyinin tələblərini pozan 656 əcnəbi saxlanılıb.  Bu barədə Modern.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki,  Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir.

Xidmət əməkdaşları tərəfindən respublikanın şimal bölgəsində iki gün ərzində aparılan yoxlamalar nəticəsində ümumilikdə 656 əcnəbi saxlanılıb. Belə ki, 30-31 may 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkənin Quba və Qusar rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 656 əcnəbi aşkar edilibdir. Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər davam etdirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir