Modern.az

Qəzənfər Ağayev Astaranın ən böyük kəndinə getməyə peşiman oldu

Qəzənfər Ağayev Astaranın ən böyük kəndinə getməyə peşiman oldu

Təhsil

2 İyun 2012, 12:43


Astara rayonu İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Ərçivan kəndində sakinlərlə görüşdə çoxsaylı təkliflərlə qarşılaşıb. Modern.az-ın məlumatına görə, Ərçivan kəndinin əhalisi o qədər problem sadalayıblar ki, icra başçısı görüşə getməyə peşiman olub.

Astara rayonun Ərçivan kəndi əhalisi və ərazisinə görə rayonun ən böyük kəndidir. Burada bir sıra kənd təsərrüfatı və sənaye müəssisəsi - bir un və iki düyü dəyirmanı, çörək sexi, suqablaşdırma sexi, yanacaq doldurma məntəqəsi, həmçinin mühüm əhəmiyyətli obyekt olan Astara modul elektrik stansiyası yerləşir. Əhalinin əsas məşğuliyyəti, əkinçilik, tərəvəzçilik, çəltikçilik və heyvandarlıqdır. 
Q.Ağayev görüləcək işlərlə əlaqədar sakinlərin arzu və təkliflərini  dinləyib. Ərçivan bələdiyyəsinin sədri R.Cəfərov Ərçivan kəndinə qəsəbə statusunun verilməsini, Ərçivan kənd 3 saylı tam orta məktəbin direktoru Azad Əzizov məktəbin istilik sisteminin yaxşılaşdırılması, Novruzəli Axundov kənddə zibillərin daşınması üçün bələdiyyəyə maşın ayrılması, Ərçivan kənd 2 saylı tam orta məktəbin müəllimi Qəmər Şükürova bələdiyyənin hesabına xeyir-şər məclisləri üçün çadır təşkil olunması, kənd sakini Hüseyn Həmidov kənd ərazisindən keçən suötürücü kanalların təmizlənməsi, Ərçivan çayında sahilbərkitmə işlərinin aparılması və digər məsələlər barədə təkliflərini bildiriblər. Q.Ağayev bildirib ki,  söylənən arzu və təkliflərin bəzilərinin qısa müddətdə həyata keçirilməsi ilə əlaqədar tapşırıqlar veriləcək, icrası nəzarətə götürüləcək.
Vaxt tələb edən təkliflər isə, məsələn, kəndə qəsəbə statusunun verilməsi, Ərçivan çayında sahilbərkitmə işlərinin aparılması, məktəblərin istilik sisteminin yaxşılaşdırılması barədə təkliflərin icrası tədricən təmin ediləcək. İcra başçısı qaldırılmış məsələlərin  icrası ilə bağlı  əlaqədar idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlar verib. Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir