Modern.az

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Təhsil

2 İyun 2012, 13:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyunun 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, günün birinci yarısında arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 16-21° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir