Modern.az

Cəlilabadda mütəşəkkil dəstə yaxalanıb

Cəlilabadda mütəşəkkil dəstə yaxalanıb

Təhsil

2 İyun 2012, 13:55

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının mayın 30-da həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Şahin Soltanovdan külli miqdarda narkotik vasitə - 2 kiloqram 80 qram tiryək və 2,4 kiloqramdan artıq həşiş götürülüb. Modern.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinn müvafiq maddələri ilə cinayət işi başlanıbdır.

İlkin araşdırmalarla müəyyən edilib ki, rayonun Şatırlı kənd sakini Fikrət Mirələmov qohumları Rahil Gülüşov, Şahin Gülüşov və şəxsiyyəti hələlik istintaqa məlum olmayan Məhərrəm adlı İran vətəndaşı ilə qabaqcadan cinayət əlaqəsinə girərək, satış məqsədi ilə külli miqdarda narkotik vasitə - 2 kiloqram 80 qram tiryək və  2,4 kiloqramdan artıq həşişi bu il mayın 29-da saxlamaq məqsədi ilə tanışı Şahin Soltanova verib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Rahil Gülüşov, Fikrət Mirələmov  və Şahin Gülüşov yaxalanmış, hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilibdir.

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq Fikrət Mirələmovun evindən 1 kiloqramdan artıq tiryək, Rahil Gülüşovun yaşadığı mənzildən isə 840 qram həşiş götürülübdür.

Bu transmilli mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Modern.az        

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir