Modern.az

11-ciləri imtahanda nə qorxutdu? – FOTOLAR

11-ciləri imtahanda nə qorxutdu? – FOTOLAR

Təhsil

2 İyun 2012, 14:35

Bu gün Bakıda 11-ci sinif şagirdləri buraxılış imtahanı veriblər. Modern.az-ın əməkdaşları imtahanların necə keçdiyini öyrənmək üçün Bakı məktəblərindən birində olublar. Nərimanov rayonunda yerləşən M.H.Şəhriyar adına 193 N-li orta məktəbdə imtahan prosesi ciddi nəzarət altında keçdi. Şagirdlər imtahan zallarına buraxılarkən polis tərəfindən ciddi şəkildə yoxlanılırdı. Övladlarını imtahana gətirən valideyinlər məktəbin önündə səbirsizliklə vaxtın bitməsini gözləyirdilər. Şagirdlər 90 dəqiqə ərzində 60 sualı (riyaziyyatdan 30, Azərbaycan dilindən 30)  və 4 mövzudan birini seçməklə inşa yazmalı idilər.

Bu məktəbdə inşa mövzuları bunlar idi:
1. İnsan həyatında kompüter texnologiyasının rolu.
2. Həyatda uğur qazanmağın sirri.
3. Xaricdə yaşayan yaşıdınıza yazacağınız məktub.
4. Ölkəni idarə edən lider.

İmtahanın bitmə vaxtı azaldıqca şagirdlər məktəb binasından çıxırdılar. Azad Məmmədov adlı 11-ci sinif şagirdi bizimlə söhbətdə sualların elə də çətin olmadığını dedi.
“Suallar normal idi. “Xaricdə yaşayan yaşıdınıza yazacağınız məktub” mövzusunda inşa yazdım.  Özüm ali məktəbə 2-ci qrup üzrə hazırlaşıram. Həmin imtahanda da uğur qazanacağıma inanıram”.

Ədilə Hüseynova adlı şagird nəzarətin çox ciddi olduğunu dedi.
“Otağda tam sakitçilik idi. Heç kim imtahandan çıxarılmadı. Suallar cavablandırmaq elə də çətin deyildi. Hər fəndən 12 düz cavab verən şagird imtahandan keçəcək”.

Olduğumuz məktəbdə imtahan prosesi normal olaraq sona çatdı. Əvvəlki illərdən fərqli olaraq,  sual kitabçaları şagirdlərə verilmirdi. Buna səbəb isə onların kitabçada inşa yazmaları idi. Bu inşalar yoxlanmalı olduğu üçün sual kitabçası imtahan aparan TQDK-nın işçilərində qalırdı...









Anar Kəlbiyev
Elçin Ağayev
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir