Cari il ərzində cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Ermənistan ordusunun 5 əsgəri ölüb, 7-si isə yaralanıb. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Erməni tərəfi bildirib ki, cari ilin yanvar ayından indiyədək cəbhə xəttində atəşkəs 6 min dəfə pozulub. O da qeyd edilib ki, atəşkəs rejimi 2006-cı ildən bu zamana kimi 37 min 900 dəfə pozulub.
Anar Rüstəmov