Gəncə şəhərində ağır yol qəzası baş verib. Belə ki, şəhərin Şah İsmayıl Xətai prospektində 4 avtomobil toqquşub, nəticədə 5 nəfər yaralanıb, 1 nəfər həlak olub.
Hadisəyə səbəb kimi Dəyirman dairəsi tərəfindən gələn VAZ-2104 markalı 20 CP 351 dövlət nömrə nişanlı avtomobillə VAZ-21011 markalı 10 HC 643 dövlət nömrə nişanlı avtomobilin toqquşması, Land Rover markalı 10 OP 888 dövlət nömrə nişanlı avtomobilin isə bu toqquşmadan yayınmaq üçün ani surətdə dönmək istəyərkən H019086 nömrəli Hyundai markalı yük maşına dəyməsi göstərilir.
Qəza nəticəsində Nadir Axundov, Münasib Abdullayev, Rasim Əliyev, Eşqin Babayev və Xəyalə Qasımova ağır yaralanıb. Qeyd edək ki, qəza zamanı həlak olan şəxs VAZ-21011 markalı avtomobildə olub. Hadisənin dəqiq səbəbləri yol polisi tərəfindən araşdırılır. Baş vermiş qəza nəticəsində Şah İsmayıl Xətai prospektində bir müddət avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
|
|
|